"Mançester Siti" stadionunun təmiri üçün 342 milyon avro xərcləyəcək

İDMAN
22:15 / 30.03.2023
798

İngiltərənin "Mançester Siti" klubu "Etihad" stadionunun təmiri üçün 300 milyon funt-sterlinq (342 milyon avro) xərcləyəcək.

Hit.az "Daily Mail"ə istinadən xəbər verir ki, "şəhərlilər" arenanın azarkeş tutumunu 7,7 min yerlik artırılmasını istəyir.

Bundan əlavə, klub idman obyektinə bitişik ərazidə yeni otel, azarkeşlər üçün ictimai yer, klub mağazası və muzey tikməyi planlaşdırır. Ümumi investisiya 1 milyard funt-sterlinqə çata bilər.

"Mançester Siti" hazırda icazə almaq üçün şəhər rəhbərliyi ilə danışıqlar aparır. Razılıq verilsə, tikinti işlərinə noyabrda başlanacaq. Stenddə yenidənqurma işlərinin 2025/2026 mövsümünün əvvəlinə, digər işlərin isə bir ildən sonra başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 2002-ci ildə istifadəyə verilən "Etihad" stadionu 53 400 tamaşaçı tutumuna malikdir.

0