\"Real Madrid\"in ulduzu \"Qarabağ\"ın yeni transferini belə təbrik etdi - FOTO

17:31 / 03.06.2023
734

"Real Madrid"in fransız müdafiəçisi Ferlan Mendi "Qarabağ"ın yeni transferi Hamidu Keytaya təbrik ünvanlayıb. 

Keyta instaqram hesabında "Yeni mübarizə, yeni ailə. Sizinlə birgə olmaqdan çox məmnunam, qardaş. İrəli, "Qarabağ", deyə foto paylaşıb.

Ferlan Mendi isə fransız vingerin paylaşımına şərh yazıb və təbrik edib. 

Qeyd edək ki, Keyta və Mendi 2014-2015-ci illərdə Fransanın "Havr" klubunda komanda yoldaşı olublar. 

Xatırladaq ki, "Qarabağ" Keyta ilə 2026-cı ilin iyun ayınadək müqavilə bağlayıb.(Offsideplus.az)

0