İkardi "Qalatasaray"ın tarixinə düşdü

İDMAN
11:30 / 05.06.2023
659

Türkiyənin "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi yeni rekorda imza atıb.

HİT.az xəbər verir ki, argentinalı futbolçu "Qalatasaray"ın tarixinə düşüb.

O, 2007-2008 mövsümündən sonra ardıcıl 8 Super Liqa oyununda qol vuraraq bu uğura nail olub. Sonuncu dəfə Yohan Elmander İstanbul klubunun heyətində bunu bacarmışdı.

Qeyd edək ki, İkardi bu mövsüm Türkiyə Super Liqasında vurduğu qolların sayını da 22-yə çatdırıb. O, çempionluq yaşamış komandalara qarşı meydana çıxdığı 7 matçda isə 8 qol vurub.

Pərviz

0