\"Mançester Siti\" \"Real\"la mübarizə aparmaq üçün hərəkətə keçdi

23:27 / 05.06.2023
444

"Mançester Siti" Erlinq Haaland ilə yeni müqavilə imzalamaq istəyir.

Offsideplus.az “The Telegraph”a istinadən xəbər verir ki,  “şəhərlilər” hücumçuya daha uzun müddətlik sözləşmə təklif etmək istəyir, digər klublar, xüsusən də “Real (Madrid) onu heyətinə qata bilməsin.

Mançester təmsilçisi ümid edir ki, potensial trebl (Premyer Liqa, ölkə kuboku və Çempionlar Liqasında qalibiyyət) norveçlini razı salmağa kömək edəcək.

Haalandın həftəlik 400 min funt-sterlinq maaşı olan hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
O, cari mövsüm klubda keçirdiyi 52 matçda  52 qol vurub.

 

0