“Qalatasaray”ın prezidentindən İkardi AÇIQLAMASI

İDMAN
12:50 / 07.06.2023
599

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək azarkeşləri sevindirəcək açıqlama verib.

HİT.az xəbər verir ki, o, dünya ulduzu Mauro İkardi transferi barədə danışıb.

Dursun Özbək çempionluq tədbirində 30 yaşlı futbolçunun transfer ediləcəyini deyib:
“Ömər bəyə dəstəklərinə görə çox təşəkkür edirik. İkardi gəlir”.

Qeyd edək ki, argentinalı super ulduz bu mövsüm Türkiyə Super Liqasında atdığı 22 qolla “Qalatasaray”ın çempionluğunda önəmli rol oynayıb.

Pərviz

0