"Qarabağ" üçün yad olmayan hakim - 3 dəfə oyunu idarə edib

İDMAN
18:02 / 19.09.2023
508

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Qarabağ" - "Molde" (Norveç) oyununun hakimləri müəyyənləşib.

Matç Şotlandiyadan olan hakimlər briqadasında tapşırılıb. Oyunun baş hakimi isə Con Biton görüşün olacaq. 

Con Biton "Qarabağ" üçün tanış referidir. Belə ki, bundan öncə şotlandiyalı hakim "Qarabağ"ın 3 matçını idarə edib.

Hit.az həmin oyunların statistikası ilə bağlı araşdırma hazırlayıb. 

Hakim 2016/17-ci il mövsümündə Avropa Liqasının qrup mərhələsinin PAOK-"Qarabağ" matçını idarə edib. "Qarabağ" bu oyunda sabiq futbolçusu Miçel Maderanın qolu ilə qələbə qazanıb. Səfərdə keçirilən matçda rəqubin 3, Ağdam təmsilçisinin isə 1 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.

Növbəti dəfə o 2019/20-ci il mövsümündə "Qarabağ"ın oyununu idarə edib. Belə ki, "Düdelanj"-"Qarabağ" matçını idarə edən referi rəqibin 2 futbolçusuna sarı vərəqə göstərib. Sözügedən matçda sarı vərəqə görməyən Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb. 

Şotlandiyalı hakim 2020/21-ci il mövsümündə də "Qarabağ"ın matçında idarəçi hakim olub. “Makkabi” (Təl-Əviv) -"Qarabağ" oyununu idarə edən referi 4 dəfə sarı vərəqə qaldırıb. Belə ki, rəqibin 4, "Qarabağ"ın 3 futbolçusuna sarı vərəqə göstərilib. 

Qeyd edək ki, "Qarabağ"-"Molde" oyunu sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşma saat 20:45-də başlayacaq.

Aynur Əli

0