Qurban Qurbanovun uşaqlığını oynayan klub prezidentinin oğlu imiş - FOTO

İDMAN
20:14 / 28.11.2023
762

"Qarabağ”ın çalışdırıcısı ​Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmində baş məşqçinin uşaqlığını canlandıran rolun ifaçısının kimliyi maraq doğurub.

HİT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, həmin rolun ifaçısı “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlovun oğlu Amin Adıgözəlovdur.

Doqquz yaşlı A.Adıgözəlov həm də “Sabah” klubunun aşağı yaş qruplarında futbol oynayır.
Qeyd edək ki, ötən gün baş tutan filmin təqdimatından sonra Q.Qurbanov klub prezidentinin oğlunu oynadığı rola görə təbrik edərək qucaqlayıb.

0