Azərbaycanın U-21 millisi növbəti dəfə məğlub oldu

İDMAN
17:59 / 26.03.2024
292

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

HİT.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

"Qarabağ Arena"da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 3:0. 

Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.

U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.

0