Juninyo Fransa klubuna keçir? - "Qarabağ" rəsmisindən açıqlama

İDMAN
19:54 / 28.03.2024
366

Xarici mediada Olavio Juninyonun Fransanın "Tuluza" klubu ilə anlaşdığı barədə məlumat yayılıb.

Braziliyalı hücumçunun cari mövsümün sonunda adıçəkilən kluba transfer olunacağı bildirilib.

"Qarabağ" klubunun mətbuat xidmətindən Offsideplus.az-a verilən məlumata görə, klublar arasında rəsmi danışıqlar olmayıb.

"Bu məsələni biz də mediadan oxuduq. Rəsmi təklif irəli sürülməyib", deyə Anar Hacıyev qeyd edib.

0