"Neftçi" səfərdə "Qəbələ"ni məğlub etdi

İDMAN
18:36 / 29.03.2024
317

Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

HİT.az xəbər verir ki, sonuncu dövrənin ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Çempionatın aşkar autsayderi növbəti dəfə meydanı məğlub tərk edib.

Rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” xallarının sayını 43-ə çatdıraraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. Qarşılaşmada yeganə qola 42-ci dəqiqədə Kilan Lebon imza atıb.

Qeyd edək ki, tura martin 31-də yekun vurulacaq.

0