"Sabah", "Zirə" və "Sumqayıt"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
HİT.az xəbər verir ki, "Sabah" "Makkabi" (İsrail) səddini aşacağı təqdirdə "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Zirə" "Osiek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi klub II təsnifat mərhələsində "DAK-1904" (Slovakiya) kollektivinin müqavimətini qırmağa çalışacaq.
"Sumqayıt" isə Macarıstanın "Fehervar" kollektivini keçə bilsə, "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.