Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanovun yeni iş yeri məlum olub.
HİT.az xəbər verir ki, bu ilin iyun ayında karyerasını bitirən 32 yaşlı keçmiş yarımmüdafiəçi “Zirə”nin akademiyasında məşqçi kimi çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ağabala Ramazanovun son klubu “Səbail” olub. O, 2020-2023-cü illərdə “Zirə”də çıxış edib.