Ukraynalı məşqçi Azərbaycandan 2 təklif alıb

İDMAN
20:02 / 14.09.2024
603

Tanınmış ukraynalı məşqçi Yuri Maksimov yenidən Azərbaycanda işləməyə yaxın olub. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sport Arena" yayıb. 

Mənbə adını açıqlanmadığı mütəxəssisin Azərbaycan klubundan sərfəli maliyyə şərtləri ilə təklif aldığını, ancaq ondan imtina etdiyini bildirib. Üstəlik, o, yayda yeni məşqçi axtarışında olan AFFA-nın da qısa siyahısında olub. Lakin Maksimov bu təklifdən də imtina edib.

Yuri Vilyeviç indi Ukraynanı tərk etmək istəmir və yerli klublardan təklif gözləyir.

Onu da qeyd edək ki, ukraynalı çalışdırıcı əvvəllər Azərbaycanda çalışıb - o, Azərbaycan Kubokunu qazandığı "Keşlə" klubuna rəhbərlik edib.

Mütəxəssisin son iş yeri 2023-cü ilin sentyabrından çalışdığı “Dnepr-1” olub. Onun rəhbərliyi altında komanda Ukrayna Premyer Liqasında mövsümü 4-cü pillədə başa vurub, yayda isə maliyyə problemləri üzündən klub dağılıb.

0