Mesut Özil Bakıya gəlir - “Qarabağ”ı izləyəcək

İDMAN
10:20 / 09.10.2024
72

Almaniya yığmasının sabiq türk futbolçusu Mesut Özil Azərbaycana gəlir.

HİT.az xəbər verir ki, o, “Qarabağ” klubunun qonağı olacaq. Bu barədə ağdamlıların rəsmi səhifəsi paylaşım edib. 

Özil oktyabrın 11-də “Qarabağ”ı ziyarət edəcək, əvvəlcə komandanın məşqini izləyəcək, daha sonra isə gənc futbolçularla əyləncəli oyun keçirəcək.

0