Əməkdar artistlə müğənni qohumu arasında qalmaqal - VİDEO

MAQAZİN
23:49 / 24.02.2024
441

Əməkdar artist Gövhər Rzayev müğənni xalası qızı Gülnarə Mahmudova ilə qalmaqal yaşayıb.

Hit.az xəbər verir ki, qarmon ifaçısı bu haqda "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, xalası qızı ilə danışmır və böyük qalmaqal yaşayıb. Onun adını eşidən ifaçı sərt reaksiya verib:

"Başqa söhbət edin, lazım deyil. Onun adını çəkməyin. Layiq deyil o buna. Onunla qurtardım, məndən uzaq gəzsin. İnsanın sifətini bir dəfə gördün bəsdir. Elə adamlardan uzaq gəzirəm. Söz-öshbət xoşlamıram. Adamı arxadan vurmazlar. Sözün var, gəl üzə denən. Adama həmişə yaxınından ziyan dəyər. Kimə çörək verərsən, səni arxadan vurar".

 

0