Rusiyalı aktyor restoranda dava salıb ofisiantı dişlədi - VİDEO

19:50 / 20.03.2024
286

Rusiyalı aktyor Nikita Kologrivy saxlanılıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, onu xırda xuliqanlığa görə 15 sutka həbs gözləyir.

Buna səbəb, martın 19-na keçən gecə aktyorun Novosibirskdəki "Tangiers Lounge"da dava salması olub.

Bildirilib ki, Koloqrivy ora səhər birə yaxın bir tanışı ilə gəlib. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə saat sonra sərxoş olan aktyor ofisiant qıza yaxınlaşaraq onu dişləyib. Bundan sonra o, paltarını soyunaraq insanların üstünə atılıb və dava salmağa çalışıb.

Daha sonra aktyor polis bölməsinə aparılıb. Səhəri gün o, ofisiantdan üzr istədiyi də məlum olub. 

0