"Bu, sənətkar adına layiq deyil, biabırçılıqdır"

MAQAZİN
22:56 / 05.08.2026
28

Əməkdar artist İlkin Əhmədov sənət adamlarının tələffüz problemini tənqid edib.

Axşam.az xəbər verir ki, xanəndə "Günə uğurla" verilişində təhsilin və düzgün nitqin önəmindən danışıb. O, bəzi sənətçilərin təhsil almasına baxmayaraq, tələffüz problemlərinin olduğunu bildirib.

"Təhsil önəmlidir. Amma bəziləri var ki, təhsili olsa da, tələffüzü düz deyil. Bunu düzəldə bilmirsə, heç düzəlməyəcək də. "C", "ç" tələffüzü düzəlməlidir. Bir sənətkar adına layiq deyil. Bu, bədbəxtçilikdir" deyə, İlkin Əhmədov qeyd edib.

0