300-dən çox evi var, bir aya da 10 milyon qazanır...

MAQAZİN
13:40 / 30.01.2025
136

Son illər Türkiyədə biznes fəaliyyəti ilə gündəmdə olan müğənni Emrahın sərvəti heyrət doğurub.

“Qafqazinfo” “TGRT Haber”ə istinadən xəbər verir ki, əmanətlərini daşınmaz əmlaka yatıran sənətçinin yüzlərlə mənzilinin olduğu öyrənilib.

Belə ki, 54 yaşlı müğənninin İstanbul və Bodrumda 300-dən çox evi olduğu və kirayə gəlirinin aylıq 10 milyon lirəyə (474 953 manat) çatdığı bildirilib.

Qeyd olunur ki, İstanbulda 3 milyon dollara idman kompleksi alan Emrahın eyni layihədə 12 mağazası və dubleks mənzili də var.

Onun bir müddət öncə Dubaya getdiyi və orada 3,5 milyon dollara ev aldığı da məlum olub.

0