Aparıcı Zümrüd Bədəlovanın bəstəkar qardaşı Zülfü Bədəlovla nişanlanan gənc müğənni Aydan İbrahimlinin nişanı qayıdıb.
İfaçı nişanından olan fotoları o cümlədən, nişanlısı Zülfü və baldızı Zümrüdü instaqram hesabından silib. O daha sonra, izləyicisinin "nişanlınızla nyə foto paylaşmırsınız" sualına belə cavab verib:
"Mən nişanlıyam ki, nişanlımla foto paylaşım?!"
Qeyd edək ki, 17 yaşında nişanlanan Aydanı buna görə qınamışdılar.
Xatırladaq ki, cütlüyün nişanı bir neçə ay öncə şəhər restoranlarından birində keçirilmişdi. Məclisə şou-biznesin tanınmış simaları da qatılmışdı.
Big.az