İyun ayında bürcləri nələr gözləyir?

MARAQLI
09:18 / 02.06.2023
1759

İyun ayına qədəm qoyduq. İşləriniz, istirahət planlarınız, maddi problemləriniz, qazanclarınız… Bütün bunlarla bağlı yəqin ki, çoxunuz astrologiyaya üz tutursuz. Elə isə gəlin, bu ayın bürc şərhlərinə baxaq. 

OLAY astroloq Dilara Yıldızhanın aylıq bürc rəylərini təqdim edir…

Əvvəlcə bildirək ki, Venera retrosu 23 iyulda başlayacaq. Lakin təsirləri özünü iyundan etibarən göstərməyə, zəmin yaratmağa başlayacaq.

İyunun ümumi bürc təsirləri:

Dəyişikliklər yaşayacaq bürclər: Əkizlər, Balıq, Oxatan, Qız. 

Qəfil vəziyyətlərdə qalacaqlar: Oğlaq, Əqrəb

Sakit olanlar: Buğa, Xərçəng

Qoç…

İyun ayının birinci yarısında səyahət, təhsil, hüquq, ölkəxarici ilə bağlı məsələlərdə qərarlar qəbul edəcəksiniz. Bu mövzularla bağlı proseslər sona çatacaq. Nəticə gözlədiyinizdən də yaxşı ola bilər. Sevgi, uşaq, tətil, əyləncə mövzularında şanslı olacağınız bir zamandır. Karyeranızda bəzi problemlər gündəmə gələcək. 

Pluton oğlaq bürcünə qayıdır. 24 yanvar 2024-ə qədər karyeranızda kritik durumlar olacaq. Dəyişiklik prosesi özünü sərt şəkildə göstərə bilər. İyunun ikinci yarısında təhsil, səyahət, yaxın çevrəniz, sosial media ilə bağlı yeni dövr başlayır. Xoş xəbərlər sizinlə olacaq. Yeni razılaşma edə, imza ata bilərsiniz. Tətil, əyləncə, yaxud sevgi macəralarınıza görə xərcləriniz arta bilər. Büdcənizlə bağlı diqqətli olun. Ev, ailə məsələlərində yeniliklər sizi gözləyir. Maddi cəhətdən qalıcı həll yolları tapa bilərsiniz.

Buğa…

İyun ayının ilk on beş günündə maddiyyat, borclar, vergilər, ödənişlər, miras məsələlərində nəticələr reallaşa bilər. Yeni bir ev ala, yatırımlar edə bilərsiniz. Ev, ailə, daşınmaz əmlakla bağlı şans sizinlə olacaq.

Pluton oğlaq bürcünə qayıdır. 2024-ün yanvarına qədər ölkə xarici, təhsil, səyahət, hüquq mövzularında kritik proseslər ola bilər. Dəyişikliklərlə ayaqlaşa, hətta krizi fürsətə çevirə biləcəksiniz. İyunun ikinci yarısında pul, qazanclarla bağlı yeni xəbərlər olacaq. Yeni razılaşmalar imzalaya bilərsiz. Ticari işləriniz varsa, maddi baxımdan irəliləyiş əldə edəcəksiniz. Ailə, ev daşınmaz əmlaklarla bağlı şans sizinlə olsa da, qərarsızlıqlar özünü göstərəcək. Ani qərarlar problemlərə səbəb ola bilər. Ətrafınız, səyahət, təhsil mövzularında isə müsbət irəliləyiş görəcəksiniz. Sosial çevrənizlə bağlı qalıcı, uzunmüddətli qərarlar qəbul edə bilərsiniz.

Əkizlər…

İyunun ilk yarısında partnyor, evlilik, ortaqlıq mövzularında qərar alma dövrünə girəcəksiniz. Bu dövrdə ünsiyyətdə sərt bir dildən istifadə edəcəkiniz. Yaxın çevrəniz, təhsiliniz və səyahətlərinizlə bağlı şans sizinlə olacaq. Təksinizsə, yeni eşq gündəminizdə ola bilər. Pul itkisinə diqqət edin, gözlənilməz sağlamlıq problemləri yaşaya bilərsiniz. Özünüzlə bağlı yeni qərarlar qəbul edə, imicinizi yeniləyə bilərsiniz. Karyera həyatınızda bəzi problemlərin arasında qalacaqsınız. Maddi baxımdan yaxşı fürsətlər sizinlə olacaq. Təhsil və səyahətlə bağlı bəzi tərsliklər yaşaya bilərsiniz. Karyeranızda gözlənilməz yeniliklər ola bilər. 

Xərçəng…

İyunun ayının birinci yarısında iş həyatınızda və ya sağlamlığınızla bağlı bəzi proseslər sona yetir. Qərarlılıq göstərə bilərsiniz. Maddi baxımdan bir az diqqətli olmağınız tövsiyə edilir. Ölkə xarici, təhsil, səyahət, hüquq mövzularında xəyal qırıqlıqları, tərsliklər gündəminizə gələcək. Sağlamlığınıza diqqət edin. Maddi baxımdan şans sizinlə olacaq. Xərcləriniz arta bilər. 

Şir…

İyun ayı dolunay enerjisi ilə başlayır. Bəzi mövzuların qeyri-müəyyənliyi sizi yora bilər. Sevgi, uşaq, tətil, hobbiləriniz gündəmdə olacaq. Enerjiniz yüksəkdir. Xərcləriniz arta bilər.Yeniliklərin olduğu bir dövrə başlayırsınız. Yeni insanlar tanıyacaqsınız. Pul itkisi yaşaya bilərsiniz. Fiziki görkəminizdə dəyişikliklər də mümkündür. Maddi problemlərinizə qalıcı həll tapacaqsınız. 

Qız…

İyun ayında ev, ailə karyera həyatınızla bağlı dəyişikliklər ola bilər. Qərar verməkdə çətinlik çəkəcəksiniz. Gizli eşqlər gündəminizdə olacaq. Partnyor və ya ortaqlarınızla bağlı xəyal qırıqlıqları yaşayacaqsınız. Taleyinizə təsir götərən bir dövr başlayır. Həmçinin səyahətlərə çıxa bilər, yaxud da bununla bağlı bir qərar ala bilərsiniz. 

Tərəzi…

İyun ayının birinci yarısında ailə, təhsil, səyahət və yer dəyişiklikliyi gündəminizdə olacaq. İş həyatınızda bəzi problemlər yaşaya bilərsiniz. Ani və səbəbsiz yerə əsəbiləşməyiniz normaldır. Lakin özünüzü ələ alıb ətrafınızdakı insanların qəlblərini qırmamağa çalışın. Bu dövrü sakit keçirməyə cəhd edin. Bütün bunlara baxmayaraq ətrafınızda xoş hadisələr baş verə, dostlarınızın sayı arta bilər. Eşq üçün şans sizinlə olacaq. Bu dövrdə ölkə xarici, səyahətlə bağlı mövzular gündəmizdə olacaq. Bu məsələlərdə yeni qərarlar ala, başlanğıclar edə bilərsiniz. İş həyatınızda maddi məsələlərlə bağlı müsbət irəliləyiş olacaq.

Əqrəblər...

Pul, qazanclar, maddi məsələlərlə bağlı qərar vermə müddətinə girəcəksiniz. Hobbiləriniz, şans oyunları, tətildən qaynaqlı xərcləriniz arta bilər. Pul itkisi yaşayacaqsınız. Karyeranızda yaxşı bir dövrə girəcəksiniz. Şans sizinlə olacaq. Qərarlarınız çox sərt və təsirli olacaq. Karyeranızda çaxnaşmalar yaşanacaq. Münasibətlərinizdə dəyişikliklər yaşayacaqsınız. Uşaq, eşq, tətil məsələlərində qərarlar alacaqsınız. 

Oxatan…

İyun aynın birinci yarısında fiziki dəyişikliklər edə bilərsiniz. Ortaqlıq, evlilik məsələləri ilə bağlı qərarlar alacaqsınız. Ailə, ev məslələrində qərarsız qalacaqsınız. Bəzi xəyal qırıqlıqlarınız ola bilər. Ölkə xarici, səyahət, təhsil, hüquq mövzularda şans sizinlə olacaq. Çoxlu səyahət edə bilərsiniz. Təksinizsə, səyahət edərkən, yaxud da təhsilinizlə bağlı məkanlarda yeni tanışlıqlarınız ola bilər. Diqqətli olacağınız bir dövrə başlayırsınız. Partnyor, ortaqlıq, evlilik, məhkəmə mövzularında yeni başlanğıclarınız ola bilər. İş həyatınızda gözlənilməz mübahisələr yaşaya bilərsiniz. Sağlamlığınızla bağlı məsələlər gündəminizdədir. 

Oğlaq…

Sağlamlıq, xəstəxanalar, qapalı məkanlar gündəminizdədir. Ünsiyyət və səyahətlərinizlə bağlı problemlər olacaq. Maddi məsələlərdə diqqətli olmağınız tövsiyə edilir. Təksinizsə, yeni eşqə başlaya bilərsiniz. İş həyatınızda bəzi problemlər gündəminizdə olacaq. Öhdəlikləriniz artır. Gündəlik rejiminizdə dəyişikliklər ola bilər. Gələcək yönümlü qərarlar alacaqsınız. 

Dolça…

Bu ay daha da sosiallaşa bilərsiniz. Ön plana çıxacaqsınız. Sosial həyatınıza görə xərcləriniz artır. Şans sizinlə olacaq. Gizli düşmənliklər, məhkəmə prosesləri gündəminizə gəlir. Sağlamlığınıza diqqət edin. 

Balıq…

Karyera, iş həyatınızda önəmli qərarlar ala bilərsiniz. Bəzi xəyal qırıqlıqları gerçəkləşə bilər. Öhdəlikləriniz artır. İş həyatınızda şans sizinlə olacaq. Bəzi tərsliklər yaşaya bilərsiniz. Səyahət, təhsil, qardaş-bacılarınızla bağlı qalıcı qərarlar alacaqsınız. Müsbətə doğru irəliləyişlər olacaq. 

0