Astrologiya və numerologiya tərəfdarlarının fikrincə, insanın doğulduğu ay onun xarakterinə, emosional reaksiyalarına və valideynlik tərzinə təsir göstərə bilər.
Hit.az xəbər verir ki, “Parade” jurnalında dərc olunan materialda bəzi aylarda doğulan insanların daha diqqətli və qayğıkeş valideyn olmağa meylli olduqları iddia edilir.
Qeyd edək ki, astrologiya və numerologiya elmi əsaslara söykənmir və aşağıdakı məlumatlar əyləncə xarakteri daşıyır.
Fevral
Fevral ayında doğulan insanlar çox vaxt diqqətli və anlayışlı valideynlər kimi xarakterizə olunur. Dolça və Balıqlar bürclərinin təsiri ilə əlaqələndirilən bu xüsusiyyətlər onlara yüksək empatiya hissi və uşağın emosional vəziyyətini daha yaxşı anlama qabiliyyəti verir.
Belə valideynlər övladlarının fərdiliyini və özünüifadə azadlığını dəstəkləməyə çalışırlar. Uşaqların qeyri-adi maraq və hobbilərinə anlayışla yanaşır, bəzən hətta həmin maraqları onlarla birlikdə bölüşürlər. Onlar özlərini yalnız avtoritet deyil, həm də dost və yolgöstərən kimi görməyə üstünlük verirlər.
May
May ayında doğulan valideynlər sabitlik, sədaqət və etibarlılıqla əlaqələndirilirlər. Bu insanlar praktik düşüncə ilə güclü ünsiyyət bacarıqlarını birləşdirə bilirlər.
Onlar istənilən vəziyyətdə uşaqlarının yanında olmağa çalışır və etibar edilə biləcək insanlar kimi tanınırlar. Belə valideynlərin övladları dəstək aldıqlarını hiss edir və çətin anlarda tək qalmayacaqlarına inanırlar.
May ayında doğulanlar problemləri sakit şəkildə müzakirə etməyə, qərarlarını izah etməyə və təzyiqsiz ünsiyyət qurmağa üstünlük verirlər. Etibarlılıq və ünsiyyətcilliyin bu vəhdəti onları güclü valideynlər kimi göstərir.
Sentyabr
Sentyabr ayında doğulan valideynlər müşahidə qabiliyyəti və uşaqlarının həyatına yüksək səviyyədə maraq göstərmələri ilə seçilirlər. Onlar övladlarının vərdişlərini, maraqlarını və emosional vəziyyətini yaxından izləməyə çalışırlar.
Belə insanlar uşaqlarının ehtiyaclarını vaxtında hiss etmək və onlara uyğun reaksiya vermək üçün mümkün qədər çox məlumat əldə etməyə çalışırlar. Onlar övladlarının özlərini tənha və ya anlaşılmamış hiss etməməsinə xüsusi diqqət yetirirlər.
Mükəmməl valideyn olmaq arzusu onların ailə həyatında daha məsuliyyətli davranmasına səbəb olur. Bəzən bu məsuliyyət hissi onları narahat etsə də, eyni zamanda daha yaxşı valideyn olmağa sövq edir.
Noyabr
Noyabr ayında doğulan insanlar valideynliyi həyatlarını kökündən dəyişən dərin və uzunmüddətli proses kimi qəbul edirlər. Onlar uşaqları ilə emosional bağ qurmağa və onların həyatında fəal iştirak etməyə çalışırlar.
Belə valideynlər üçün valideynlik sadəcə vəzifə deyil, şəxsi həyat yolunun mühüm hissəsidir. Onlar övladları ilə mümkün qədər çox vaxt keçirmək, təcrübələrini bölüşmək, birlikdə səyahət etmək və yeni xatirələr yaratmaq istəyirlər.
Onlar birgə keçirilən vaxtı möhkəm ailə münasibətlərinin təməli hesab edir və uşaqları ilə bağlı xatirələrin ömürboyu qalacağına inanırlar. Bu səbəbdən onların valideynlik yanaşması emosional baxımdan zəngin və fəal hesab olunur.
Samir


