Qan şəkərinin aşağı düşməsinin səbəbləri açıqlandı

MARAQLI
17:39 / 03.07.2023
1321

"Qan şəkəri səviyyəsinin düşməyə başlamasının bir neçə səbəbi var". 

HİT.az xəbər verir ki, bunu gazeta.ru-ya endokrinoloq, dietoloq Marina Berkovskaya deyib.

Həkimin sözlərinə görə, qanda şəkərin aşağı düşməsinin səbəblərindən biri yeməkdən imtina və oruc tutmaq ola bilər. Digər təhrikedici amil uzunmüddətli fiziki fəaliyyətdir:

"Bu, fiziki fəaliyyət əlavə karbohidrat qəbul etmədən və ya insulinin dozasını azaltmadan həyata keçirildikdə baş verir".

Endokrinoloq əlavə edib ki, böyrək funksiyasının pozulması qan şəkərinin səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Həkimin sözlərinə görə, bu, filtrasiyanın pisləşməsi ilə bağlıdır. Bu problemin yaranmasının başqa bir səbəbi də var:

“Səbəb spirtli içkidir. Alkoqol qaraciyərdə qlükoza sintezinə maneə törədir ki, bu da hipoqlikemiyaya səbəb ola bilər, xüsusən də spirt kompleks karbohidratlarla və yağlarla zəngin qidaların eyni vaxtda istehlakı olmadan qəbul edildikdə".

Samir

0