Min bir dərdin dərmanı - Zeytun

MARAQLI
20:40 / 19.04.2024
501

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır.

Zeytun elə bir bitkidir ki, onun faydalarını sadalamaqla bitməz.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,  zeytun qaraciyərin dostudur. Zeytundan alınan yağın həzm pozğunluqları, öd kisəsi xəstəlikləri və öd kisəsi daşının əridilməsində, bağırsaq xərçəngində və sarılıqda faydalı olduğunu sübut edən yüzlərlə elmi məqalə var: 

“Bizim ölkədə nədənsə zeytun yağına qarşı4 fərqli fikirlər formalaşıb. İnsanlar hesab edir ki, kərə yağı daha faydalıdır. Bu kökündən səhv fikirdir. Kərə yağının qanda xolestrolu artırdığını, müxtəlif xəstəliklər yaratdığını bir çoxumuz bilirik, üstəlik, daha sərfəli qiymətə yağ əldə etmək üçün istehsalçının ən ağlagəlməz yollara baş vurduğu danılmazdır. Amma təxminən 6-7 kq zeytundan 1 litr yağ əldə edilir, üstəlik meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25-30 % yağ var, bu isə o deməkdir ki, bu meyvə başdan-ayağa yağdır . Onun istehsalında hər hansı bir fırıldağa əl atılmasına ehtiyac belə qalmır.

Zeytunun tərkibində olan vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, eyni zamanda sağlam gümrahlıq verir, enerji əlavə edir. Zeytunun tərkibində olan C və E vitaminləri antioksidant sayılır, onkoloji xəstəliklərə qarşı profilaktik vasitə kimi istifadə edilir.Zeytunun tərkibində olan minerallar isə ürək və damarlara tonusda olmağa kömək edir, eyni zamanda qanın tərkibində hemoqlabinin miqdarını artırır".

Həkim onu da qeyd edib ki, ölkəmizdə 6 növdə yerli zeytun yetişdirilir, yerli zeytun ağacları olduqca çox bar verir və ağacların daha məhsuldar olması üçün kimyəvi tətbiqlərə ehtiyac qalmır. Bol məhsul bol yağa təminat verir. Nəticədə, yerli alıcı sərfəli qiymətə xeyirli məhsul əldə edir.

Sevinc

1