Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi süni intellekt və rəqəmsal tədris ekosistemində kompetensiyaların gücləndirilməsi ilə bağlı xidmətlərin göstərilməsi üçün müqavilə bağlayıb.
Hit.az xəbər verir ki, müqavilənin qalibi "Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi" MMC olub.
Layihə çərçivəsində AI (süni intellekt) və rəqəmsal tədris mühitinin inkişafı istiqamətində müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bağlanmış müqavilənin ümumi dəyəri 1 011 467,13 manat təşkil edir.
Abbas


