İrakli Kobaxidze: ATƏT PA ilə əməkdaşlıq təşkilatın fəaliyyətindən asılı olacaq

DÜNYA
15:48 / 13.07.2026
46

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə ATƏT-in Parlament Assambleyası (PA) ilə əməkdaşlığı davam etdirir. Lakin onun sözlərinə görə, əməkdaşlığın gələcək səviyyəsi təşkilatın bundan sonrakı fəaliyyətindən asılı olacaq. 

HİT.az-ın xəbərinə görə, baş nazir hesab edir ki, assambleya tərəfindən bu yaxınlarda qəbul edilən qətnamə Gürcüstana qarşı aparılan kampaniyanın tərkib hissəsidir.

"Səməkdaşlıq davam edəcək. Ancaq əməkdaşlığın keyfiyyəti ATƏT-in Parlament Assambleyasının fəaliyyətini necə davam etdirəcəyindən asılı olacaq. Assambleya yenidən Co Uilson səviyyəsində qalacaq, yoxsa bu səviyyədən yuxarı qalxacaq – bu, Gürcüstan nümayəndə heyəti ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlıq baxımından prinsipial əhəmiyyət daşıyan məsələ olacaq", deyə İrakli Kobaxidze brifinqdə bildirib.

Ötən həftə ATƏT-in Parlament Assambleyası Haaqa Bəyannaməsini qəbul edib. Sənədə ABŞ Konqresinin üzvü Co Uilson tərəfindən hazırlanmış Gürcüstanla bağlı qətnamə də daxil edilib. Qətnamədə, digər məsələlərlə yanaşı, ölkədə yeni parlament seçkilərinin keçirilməsinə çağırış yer alıb.

Gürcüstan nümayəndə heyəti etiraz əlaməti olaraq bəyannamə üzrə səsvermədə iştirak etməkdən imtina edib.

Samir
 

0