İncələn kişilər

MARAQLI
22:37 / 10.07.2024
993

Bu gün Azərbaycan gənclərinin geyiminə, saç düzümünə, aksesuar seçiminə, jestlərinə diqqət etdikdə oğlanlarda bir incəlik, qadınlarda isə sərtlik hiss olunur.

Niyə Azərbaycan kişisi incəlir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, kişilərdə qadınlaşma prosesi getdiyi kimi, qadınlarda da kişiləşmə prosesi baş verir:

 “Qızlarda da kişiləşmə prosesinin səbəbi ondadır ki, qarşı cinsin diqqətsizliyi özlərində daxili aqressiyanı yüksəldir. Fikir versək görərik ki,qızların əksəriyyəti kişi yerişi yeriyir. Adətən kişilər pəncə üstündə, qadınlar isə daban üzərində yeriyirlər. Yeriş bədənin quruluşuna və simmetriyasına görə bu cür yaranıb. Müassir qızların əksəriyyətinə baxanda görürük ki, pəncə üzərində yeriyir. Pəncə üzərində yeriməsinin əsas səbəbi onlarda kişi hormonlarının aktivləşdiyini göstərir. Bu artıq ciddi bir vəziyyətə gətirib çıxarır”.

Psixoloq hesab edir ki, kişilərin qadın kimi özünü  aparmasında sosial şəbəkənin böyük rolu var: 

“Bu gün TikTok platformasında çoxlu sayda qadın kimi danışan, davranan “kişi”lər var. Onlar bu yolu seçməklə müəyyən müddətlik məşhurlaşıblar. Bəzi gənclər onlara baxıb, bu yolu seçir. Təəssüf ki, heç kim də bunlara sən səhv yoldasan sözünü demir”.

Sevinc

0