Solaxayların riyazi təfəkkürü yüksək olurmuş?

MARAQLI
20:30 / 05.09.2024
371

Sol əllə yazan insanlar el dilində solaxay adlanır. 

Çoxumuz sol əllə iş görə bilmədiyimiz halda, onlar sol əllə sürətlə yazır, yemək yeyir və ümumilikdə sol əlsiz heç bir iş görə bilmirlər.

Uşaqlıqdan yaranan bu vərdiş isə davam etdiyi halda insanı əsla tərk etmir.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqlarda solaxaylıq, ümumiyyətlə, 3 yaşına qədər hiss olunur. Yemək yeyərkən, yazı yazarkən, rəsm çəkərkən, əşyanı tutarkən və ya atarkən sol əldən istifadə etmək, solaxay körpələrin xüsusiyyətləri arasındadır: 

“Sağ ələ keçmə solaxaylar üçün əsl stressdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazıda problemlər yarana bilər. Onu da deyim ki, solaxayların, adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Sağ vərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına görə cavabdehdir”.

Sevinc
 

0