“Yuxularınız təkrarlanırsa, diqqətli olun” - Psixoloq

MARAQLI
18:55 / 20.11.2024
368

Deyə bilərik ki, gündəlik həyatımızda hər kəs ən az bir dəfə eyni yuxunu təkrar görüb. Bəziləri bunun gələcəyə işarə olduğunu, digər qisim isə təkrarlanan yuxuların əksi çıxdığına inanır. 

Maraqlıdır, təkrarlanan yuxuların dəqiq səbəbi nədir? Niyə eyni yuxunu dəfələrlə görürük?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva deyib ki, bu cür yuxular çox vaxt müəyyən emosional və ya həyatdakı təkrarlanan vəziyyətlərlə əlaqələndirilir:

“Təkrarlanan yuxular, adətən şəxsin yaşadığı gündəlik stres və ya narahatlıqdan qaynaqlanır. Məsələn, iş, ailə və ya sosial münasibətlərdəki problemlər, şəxsi qorxular və ya keçmişdə yaşanan travmalar yuxularda özünü təkrarlaya bilər. Bu, şüuraltı olaraq, insanlar üçün həll olunmamış və ya unudulmuş problemləri göstərmək istəyir.

Bəzi hallarda, təkrarlanan yuxular keçmişdə yaşanan travmatik təcrübələri əks etdirə bilər. Daha başqa bir məqam həyatdakı böyük dəyişikliklər, məsələn, iş dəyişdirmək, münasibətlərdəki problemlər, ailə üzvünün itirilməsi və ya yeni mühitə keçmək kimi hallarda, təkrarlanan yuxulara səbəb olur”.

Murad
 

0