Kişilərin sevdikləri qoxular

MARAQLI
23:33 / 17.01.2025
46

Kişilərin ürəyinə gedən yol həmişə mədədən keçmir.

Kişilər xanımların gözəllikləri, bacarıqları ilə yanaşı qoxularına da fikir verirlər. 

Kişilərin diqqətini daha tez cəlb etmək istəyən qadınlar onların ətirlərə olan həssaslığını bilirlər və bu zəiflikdən istifadə edirlər.

Hit.az xəbər verir ki, romantikanı sevən kişilər  adətən həssas və məsum qadınlara meyilli olurlar. Onları daha çox  pudra qoxusu valeh edir.

Xarizmatik kişilər daha çox yanlarındakı qadının göz qamaşdırmasını istəyirlər. “Mən burdayam” mesajı vermək üçün mütləq ədviyyatlı qoxulardan istifadə edilməsini tərcih edir. 

Əyləncəni sevən kişilər şirin qoxulara üstünlük verir. 

Sakit, gecə həyatından və çılğın gecə mərasimlərindən uzaq duranlar  təbii və meyvə qoxuları xoşlayırlar. 

Sevinc

0