Tarixin 7 mayı...

MARAQLI
16:00 / 07.05.2026
84

Bu gün tarixin vərəqlərində 7 maydayıq.

Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr yaşanıb.

Bu gün onların bəzilərini xatırlayacağıq. Eyni zamanda, 7 mayda dünyaya gələn və bu tarixdə aramızdan ayrılan görkəmli şəxsləri də yad edəcəyik. Beləliklə, tarixin 7 mayına nəzər salırıq...

7 mayda baş verənlər:
1832-ci ildə Yunanıstan krallığı qurulub. 1945-ci ildə İkinci Dünya müharibəsində general Alfred Yodl Fransanın Reyms şəhərində qeyd-şərtsiz təslim olma şərtlərini imzalayıb və Almaniyanın müharibədə iştirakına son verib. 1946-cı ildə sonradan “Sony” adlanacaq Tokio Telekommunikasiya Mühəndisliyi təsis olunub. 1995-ci ildə Fransada Jak Şirak prezident seçilib. 2012-ci ildə Bakı Kristal Zalının açılışı olub. Eyni ildə Zaqatala rayonunda 6.5 bal gücündə zəlzələ baş verib. 

7 mayda doğulanlar:
1974-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Namiq İslamzadə, 1926-cı ildə kino rəssamı Cəbrayıl Əzimov,1965-ci ildə Xalq artist, xoreoqrafı və baletmeyster Mədinə Əliyeva və 1987-ci ildə güləşçi Rövşən Bayramov dünyaya gəlib.

Həmçinin, 1833-cü ildə alman bəstəkar Yohans Brams, 1840-ci ildə rus bəstəkar Pyotr Çaykovski, 1893-cü ildə Pakistanın baş naziri Feruzi Xan, 1901-ci ildə amerikalı aktyor Qeri Kuper, 1919-cu ildə argentinalı aktrisa və keçmiş birinci xanım Eva Peron, 1986-cı ildə ingilis müğənni və bəstəkar Mett Helders və 1997-ci ildə belçikalı futbolçu Yuri Tilemans doğulub.

7 mayda vəfat edənlər:
1968-ci ildə şair Ənvər Əlibəyli, 1975-ci ildə Xalq artisti, aktyor Hacıağa Abbasov, 1998-ci ildə Xalq artisti, kinorejissor Muxtar Dadaşov, 2002-ci ildə Azərbaycanın ilk qadın teatr rəssamlarından biri Bədurə Əfqanlı, 2019-cu ildə yazıçı Hamlet Qoca və 2021-ci ildə Xalq şairi Musa Yaqub vəfat edib.

Həmçinin, 1941-ci ildə şotland antropoloq Ceyms Freyzer, 1943-cü ildə Türkiyənin baş naziri Fəthi Okyar, 1986-cı ildə türk dramaturq Haldun Taner dünyasını dəyişib.

Pərviz

0