Doğum tarixi insanın xarakteri ilə yanaşı, həyat dəyərlərinə də təsir göstərə bilər. Numeroloqların fikrincə, ayın dörd müəyyən günündə doğulan insanlar daha güclü mərhəmət hissi, səmimiyyət və başqalarına kömək etmək istəyi ilə seçilirlər.
HİT.az xəbər verir ki, bu barədə "Parade" nəşri yazıb.
Qeyd olunur ki, söhbət doğum ayından asılı olmayaraq yalnız doğum gününün tarixindən gedir. Eyni zamanda, numerologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil və aşağıdakı xüsusiyyətlər bu sahənin inanclarına əsaslanır.
Ayın 7-də doğulanlar
Numeroloqların fikrincə, bu tarixdə doğulan insanlar dərin mənəviyyatı, düşünməyi sevmələri və güclü intuisiyaları ilə seçilirlər. Onların diqqətlə dinləməyi və vəziyyəti təhlil etməyi bacardıqları, buna görə də yaxşı məsləhətçi olduqları bildirilir.
Hesab edilir ki, ayın 7-də doğulanlar daxili harmoniyaya can atır və çətin həyat vəziyyətlərində başqalarına çıxış yolu tapmağa kömək etməyə çalışırlar.
Ayın 9-da doğulanlar
Numerologiyada bu tarixdə doğulan insanlar fitri humanistlər hesab olunur. Onlara yüksək empatiya, həssaslıq və çətin vəziyyətdə olan insanlara yardım etmək istəyi aid edilir.
Bildirilir ki, onlar başqalarını nadir hallarda mühakimə edir, insanların davranışlarının səbəblərini anlamağa çalışır və yaxınlarına kömək etmək üçün vaxtlarını və güclərini əsirgəmirlər.
Ayın 11-də doğulanlar
Numeroloqlar bu doğum tarixini cəsarət və mərhəmətin vəhdəti kimi qiymətləndirirlər. Onların fikrincə, həmin gün doğulan insanlar ətrafdakıların emosional vəziyyətini yaxşı hiss edir və kiminsə dəstəyə ehtiyacı olduqda biganə qalmırlar.
Qeyd edilir ki, onlar təkcə təsəlli verməklə kifayətlənmir, konkret əməllərlə də kömək etməyə çalışırlar.
Ayın 24-də doğulanlar
Numeroloqlar bildirirlər ki, ayın 24-də doğulan insanlar ətrafdakı insanları bir araya gətirmək, qarşılıqlı etimad və dəstək mühiti yaratmaq bacarığına malik olurlar.
Onlara ailədə, dost çevrəsində və iş kollektivində harmoniyanı qorumaq istəyi, eləcə də tanıyıb-tanımamasından asılı olmayaraq ehtiyacı olanlara yardım etməyə hazır olmaq xüsusiyyətləri aid edilir.
Samir


