Tarixin 12 avqustu...

MARAQLI
16:30 / 12.08.2026
171

Bu gün tarixin vərəqlərində 12 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün tarixdə bir sıra hadisə ilə yadda qalıb.

12 avqust bəzi görkəmli şəxslərin doğum və ya vəfat günü kimi də xatırlanır. Onu da qeyd edək ki, bu gün Rusiyada Hərbi Hava Qüvvələri Günü, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən isə həm Beynəlxalq Fil Günü, həm də Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Beləliklə, tarixin 12 avqustuna nəzər salırıq.

12 avqustda baş verənlər:
2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında güləşçi Rövşən Bayramov gümüş medal qazanıb. 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında güləşçi Xetaq Qazyumov bürünc medal qazanıb. 2018-ci ildə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya imzalanıb. Qədim tarixdə isə 1121-ci ildə Gürcüstan çarlığı və Böyük Səlcuq imperiyası arasında “Didqori döyüşü” baş verib. 

12 avqustda doğulanlar:
1960-cı ildə Milli Qəhrəman, şəhid Sərdar Səfərov, 1926-cı ildə Xalq şairi Qabil İmamverdiyev, 1938-ci ildə heykəltəraş Sənan Qurbanov, 1979-cu ildə aktyor Fərda Amin doğulub.

Həmçinin, 1712-ci ildə ingilis səyyah Conas Hanvey, 1762-ci ildə Böyük Britaniya kralı IV Georq, 1861-ci ildə Osmanlı şahzadəsi Mehmed Səlahəddin Əfəndi, 1887-ci ildə avstriyalı fizik Ervin Şredinger, 1912-ci ildə amerikalı kinorejissor Samuel Fuller, 1947-ci ildə italiyalı müğənni Amedeo Mingi, 1973-cü ildə italiyalı futbolçu və baş məşqçi Marko Yuliano və 1981-ci ildə fransız futbolçu Cibril Sisse dünyaya gəlib.

12 avqustda vəfat edənlər:
1931-ci ildə şəfqət bacısı, ali təhsil alan ilk azərbaycanlı qadın Nigar Şıxlinskaya, 1981-ci ildə Əməkdar artist, tarzən Baba Salahov və 1992-ci ildə Xalq artisti, aktyor Şahmar Ələkbərov dünyasını dəyişib.

Həmçinin, 1827-ci ildə ingilis şair Vilyam Bleyk, 1900-cü ildə amerikalı və avstriyalı şahmatçı Vilhelm Steynits, 1924-cü ildə macarıstanlı yazıçı Şandor Brodi, 1955-ci ildə alman yazıçı Tomas Mann, 1964-cü ildə ingilis yazıçı Yan Fleminq, 1982-ci ildə amerikalı aktyor Henri Fonda və 1999-cu ildə türk şair Can Yücəl vəfat edib.

Pərviz

0