Günəş tutulması bu insanların həyatını dəyişdirəcək: Xüsusi doğum tarixləri

MARAQLI
17:23 / 12.08.2026
52

12 avqust 2026-cı ildə tam Günəş tutulması baş verəcək. Numeroloqlar bu astronomik hadisəni 1, 3 və 8 rəqəmləri ilə əlaqələndirərək müəyyən doğum tarixlərində dünyaya gələn insanlar üçün həyatın müxtəlif sahələrində dəyişikliklər ola biləcəyini iddia edirlər.

HİT.az "Unian"a istinadən xəbər verir ki, numeroloji yanaşmaya görə, ayın 12-si 3 rəqəminə, avqust 8 rəqəminə, 2026-cı il isə 1 rəqəminə uyğunlaşdırılır. Beləliklə, 3–8–1 kombinasiyasının yarandığı bildirilir.

Numeroloqlar 3 rəqəmini ünsiyyət və seçim, 8-i məsuliyyət və maliyyə məsələləri, 1-i isə yeni başlanğıclar, liderlik və şəxsi azadlıqla əlaqələndirirlər.

3 rəqəmi ilə əlaqələndirilənlər

Ayın 3, 12, 21 və ya 30-da doğulan insanların bu dövrdə mühüm planlarını, verdikləri vədləri və qərarlarını yenidən nəzərdən keçirə biləcəyi iddia olunur.

Numeroloqlar bu şəxslərə xüsusilə təhsil, karyera və münasibətlər məsələlərində diqqətli olmağı, mühüm açıqlamalar verməzdən əvvəl məlumatları yoxlamağı tövsiyə edirlər.

8 rəqəmi ilə əlaqələndirilənlər

8, 17 və 26-da doğulanların isə maliyyə, karyera və məsuliyyətlə bağlı məsələlərə daha çox diqqət yetirməli olduğu bildirilir.

Numeroloji şərhlərə görə, gecikmiş ödəniş, köhnə maliyyə öhdəliyi və ya biznes razılaşması ilə bağlı məsələ yenidən gündəmə gələ bilər. Bu şəxslərə riskli investisiyalardan və düşünülməmiş xərclərdən uzaq durmaq tövsiyə olunur.

1 rəqəmi ilə əlaqələndirilənlər

1, 10, 19 və 28-də doğulan insanlar üçün isə dəyişikliklərin şəxsi azadlıq, liderlik və həyat üzərində nəzarət mövzularında özünü göstərə biləcəyi iddia edilir.

Numeroloqların fikrincə, bəzi insanlar əvvəllər fəxr etdikləri işin və ya vəziyyətin artıq onları məhdudlaşdırdığını hiss edə və həyatlarında yeni mərhələyə keçmək qərarına gələ bilərlər.

Qeyd edək ki, Günəş tutulması real astronomik hadisədir, lakin onun insanların həyatına doğum tarixlərinə əsasən təsir göstərməsi ilə bağlı elmi sübut yoxdur. Numerologiya elmi disiplin hesab edilmir və bu cür proqnozlar ezoterik inanclara əsaslanır.

12 avqustda baş verəcək tam Günəş tutulmasının tam fazasını Qrenlandiya, İslandiya, Rusiyanın şimalı, İspaniya və Portuqaliyanın bəzi ərazilərindən müşahidə etmək mümkün olacaq.

Samir

0