Bu gün tarixin vərəqlərində 13 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 13 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Mərkəzi Afrika Respublikasında Müstəqillik Günü, Tunisdə də Qadınlar Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən isə həm Beynəlxalq Solaxaylar Günü, həm də Ümumdünya Orqan Donorluğu Günüdür. Beləliklə, tarixin 13 avqustuna nəzər salırıq.
13 avqustda baş verənlər:
1895-ci ildə ABŞ və İspaniya arasındakı müharibəsi bitib. 1960-cı ildə Mərkəzi Afrika Respublikası Fransadan ayrılaraq müstəqilliyini elan edib. 1961-ci ildə “Soyuq müharibə” dövründə Şərqi Almaniya sakinlərinin Qərbə qaçmaq cəhdlərinin qarşısını almaq üçün Berlinin şərq və qərb sektorları arasındakı sərhədi bağlayıb və Berlin divarının tikintisi başlanıb. 2004-cü ildə XXVIII Yay Olimpiya Oyunları Afinada keçirilib.
13 avqustda doğulanlar:
1906-cı ildə sənədli kinorejissor və operator Kənan Qutubzadə, 1941-ci ildə Xalq artisti, müğənni Elmira Rəhimova, 1957-ci ildə Azad Vətən Partiyasının sədri Akif Nağı və 1975-ci ildə Xalq artisti, opera müğənnisi Elçin Əzizov doğulub.
Həmçinin, 1829-cu ildə rus həkimi İvan Seçenov, 1899-cu ildə ingilis kinorejissoru Alfred Hiçkok, 1918-ci ildə ingilis biokimyaçısı Frederik Senger, 1926-cı ildə Kuba Prezidenti Fidel Kastro, 1963-cü ildə hindistanlı aktrisa Şridevi, 1970-ci ildə ingilis futbolçusu və baş məşqçisi Alan Şirer, 1984-cü ildə rusiyalı pilot Roman Filipov və 1995-ci ildə fransız futbolçu Presnel Kimpembe dünyaya gəlib.
13 avqustda vəfat edənlər:
1981-ci ildə sabiq deputat Müseyib Dadaşov və 2004-cü ildə Xalq artisti aktrisa Sədayə Mustafayeva dünyasını dəyişib.
Həmçinin, 1896-cı ildə ingilis rəssam Con Everett Mille, 1946-cı ildə ingilis yazıçı Herbert Uells, 1953-cü ildə gürcü bəstəkar Dmitri Arakişvili, 1957-ci ildə norveçli riyaziyyatçı və astrofizik Karl Stomer və 2003-cü ildə türk aktyoru Kazım Qartal vəfat edib.
Pərviz


