Tarixin 17 avqustu...

MARAQLI
12:50 / 17.08.2026
179

Bu gün tarixin vərəqlərində 17 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 17 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da bildirək ki, bu gün Argentinada San Martin Günü, Boliviyada Bayraq Günü, İndoneziyada Müstəqillik Günü, Qabonda isə Müstəqillik Günüdür. Beləliklə, tarixin 17 avqustuna nəzər salırıq.

17 avqustda baş verənlər:
2008-ci ildə Bakıdakı Əbu Bəkr məscidində terror hadisəsi baş verib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında güləşçi Mariya Stadnik gümüş, taekvonduçu Patimat Abakarova isə bürünc medal qazanıb. 1668-ci ildə Osmanlı imperiyasında Şimali Anadolu zəlzələsi baş verib. 1999-cu ildə Türkiyədə İzmit zəlzələsi baş verib. 2008-ci ildə amerikalı üzgüçü Maykl Felps Olimpiya Oyunlarında 8 qızıl medal qazanan ilk şəxs olub.

17 avqustda doğulanlar:
1942-ci ildə Xalq artisti, müğənni Müslüm Maqomayev, 1943-cü ildə Xalq artisti, müğənni İlhamə Quliyeva, 1951-ci ildə müğənni Cəfər Behbudov, 1956-cı ildə Milli Məclisin I və II çağırış deputatı Nizami Quliyev və 1988-ci ildə güləşçi Elvin Mürsəliyev doğulub.

Həmçinin, 1911-ci ildə rusiyalı şahmatçı Mixail Botvinnik, 1935-ci ildə rusiyalı aktyor Oleq Tabakov, 1943-cü ildə ukraynalı heykəltəraş Nikolay Şmatko, 1943-cü ildə amerikalı aktyor Robert De Niro, 1977-ci ildə fransız futbolçu və baş məşqçisi Tyerri Anri və 1994-cü ildə amerikalı müğənni Fibi Bricers dünyaya gəlib.

17 avqustda vəfat edənlər:
1994-cü ildə Xalq artisti, skripkaçı Azad Əliyev, 1998-ci ildə Xalq yazıçısı Yusif Səmədoğlu və 2009-cu ildə filoloq, professor Novruzəli Məmmədov dünyasını dəyişib.

Həmçinin, 1896-cı ildə fransız botaniki Eli-Abel Karryer, 1929-cu ildə macarıstanlı jurnalist və yazıçı Elek Benedek, 1947-ci ildə isveçli rəssam Eugen Bernadot, 1969-cu ildə amerikalı və alman fiziki Otto Ştern, 1987-ci ildə alman dövlət xadimi Rudolf Hess, 2010-cu ildə İtaliyanın 8-ci prezidenti Françesko Kossiqa və 2011-ci ildə fransız yüngül atleti Pyer Kinon vəfat edib.

Pərviz

0