Sabirabadda qəza: ölən var

ÖLKƏ
13:32 / 03.08.2020
732

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Bu barədə HİT.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Sabirabad rayonunun Qarağac kəndi ərazisində Yeni Noxudlu kənd sakini F.Əhmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Rəhim Rəhimovu vurub.

 Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

3