Sudan çıxaraq quşları ovlayır: Söhbət hansı balıqdan gedir?

DÜNYA
20:39 / 18.06.2026
40

Təbiət hər gün bizi heyrətləndirən saysız-hesabsız qeyri-adi hadisələrlə doludur. Onlardan biri də xüsusi qabiliyyətlərə malik balıq növüdür. Söhbət sudan çıxaraq havada uçan quşlara hücum edə bilən Afrika pələng balığından gedir. 

HİT.az xəbər verir ki, bu barədə “Descopera.ro” yazır.

“Afriqanın pələng balığı, çox vaxt Cənubi Amerikada yaşayan piranhaların Afrika analoqu kimi qəbul edilir və qitənin ən təhlükəli şirin su yırtıcılarından biridir. Bu növ son dərəcə iti dişləri, güclü bədəni və adını aldığı xarakterik zolaqları ilə seçilir”, deyə materialda qeyd olunur.

Məlumata görə, bu balıqlar tez-tez qrup halında ovlanır və qarmağa düşdükdə göstərdikləri güclü müqavimət səbəbilə həvəskar balıqçılar tərəfindən xüsusilə dəyərləndirilir.

Afrika pələng balığı 2 kiloqramdan 12 kiloqrama qədər çəkiyə çata bilər. Zambezi çayının yuxarı axınındakı gur sularda fərdlər çox vaxt təxminən 10 kiloqramadək böyüyür.

“Bu növ Afrikanın ən sürətli şirin su balığı hesab olunur və havada uçan quşları ovladığı müşahidə edilən ilk şirin su balığı kimi tədqiqatçıların diqqətini çəkib. Sürətindən və çevikliyindən istifadə edən balıq sudan sıçrayaraq ovunu havada yaxalayır”, deyə nəşrdə izah edilir.

İnsanlara hücum halları nadir olsa da, Afrika pələng balığının çox güclü dişləməsi var və ciddi xəsarətlər yetirə bilər. Buna görə balıqçılara ov zamanı xüsusi torlardan istifadə etmək və iti dişlərlə təmasdan uzaq durmaq tövsiyə olunur.

Samir
 

0