General Polad Həşimov haqqında hazırlanan kitab satışda olmayacaq

ÖLKƏ
15:22 / 03.08.2020
731

General Polad Həşimov haqqında kitab hazırlanıb.

HİT.Az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib.

"Polad Generalımız" adlı kitab “Qanun” nəşriyyatı tərəfindən çap olunub.

Kitabın həm də "Ön sözü"nün müəllifi Şahbaz Xuduoğlu bunları qeyd edib:

“Kitabı sabahdan nəşriyyatdan əldə edə bilərsiz. Kitabı 2000 ədəd tam rəngli nəşr etdik, pulsuzdur. Çox istərdim ki, məktəblilər, gənclər əldə etsin”.

0