Rayonlara gediş-gəliş məsələsi müzakirə olunur - Prezidentin köməkçisi

17:47 / 03.08.2020
1147

Hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur.

HİT.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

O qeyd edib ki, regionlarda yoluxmaların artacağı nəzərə alınaraq, bu məsələyə yenidən baxılacaq.

Prezidentin köməkçisi əlavə edib ki, Bakı-İstanbul reyslərinin artırılması gözlənilir:

"Yalnız yenə də zəruri hallar istisna olmaqla, vətəndaşlarımızın səfərlərdən imtina etməsini xahiş edirik. Hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə qayıtması üzrə xüsusi məsələ, məhdudiyyət demək olar ki, yoxdur. Quru sərhədləri olan Gürcüstan və Rusiyadan vətəndaşlarımızın ölkəyə gətirilməsi təşkil olunur"

0