Zəbt olunan ərazinin özəlləşməsinə icazəni Əbülfəz Qarayev VERİBMİŞ

ÖLKƏ
10:40 / 05.08.2020
939

Xəbər verdiyimiz kimi, bu gün Yasamal rayonunda meşə tipli yeni parkda yaradılacaq şərait barədə Prezident İlham Əliyevə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib: "Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı".

HİT.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, həmin ərazi  Mədəniyyət Nazirliyinin tabeliyində olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına məxsus imiş və  4 hektar ərazinin özəlləşdirilməsinə icazəni həmin vaxt nazir olan Əbülfəz Qarayev veribmiş.

0