Xankəndindən Ermənistana onlarla təcili yardım maşını durmadan yaralı daşıyır.
Hit.Az-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın "Komsomolskaya Pravda" qəzetinin Xankəndiyə ezam olunmuş müxbiri Aleksandr Kots xəbər verir.
"Mən yol boyu 40-dan artıq təcili yardım maşını sayandan sonra hesabı qarışdırdım, daha saymadım" - deyə o bildirir.
Kotsun təqdim etdiyi qısa videodan da onun dediklərinin doğru olduğu görünür.
Bu da o deməkdir ki, Ermənistan tərəfi rəsmi elan etdiklərindən daha çox canlı itki verib.