Gəncədə çay evinin icarədarı və müştəriləri cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən HİT.Az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində şəhərin Nizami rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb. Obyektin icarədarı Xəyal Yəhyayev və müştərilər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib.
Polis İdarəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq koronavirus infeksiyası və xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilib. X. Yəhyayev hüquqi şəxs qismində müştərilər isə fiziki şəxs qismində barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.