Nazirlikdən qarlı hava ehtimalı ilə bağlı AÇIQLAMA

ÖLKƏ
16:25 / 08.01.2021
1703

“Qar prosesləri adətən yanvar-fevral aylarına təsadüf edir. Son onilliklərdə belə günlərin sayında azalma var”. 

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, bu ay qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur. Şaxtalı və qarlı günlərin sayı azalır.

U.Tağıyeva vurğulayıb ki, yaxın həftələrdə qar gözlənilmir. Belə olduğu halda xəbərdarlıq olunacaq.

0