Toyların keçirilməsinə vaksinasiyadan sonra icazə veriləcək? - AÇIQLAMA

12:04 / 29.01.2021
711

Yanvar ayının 18-dən ölkədə koronavirus əleyhinə vaksinasiyaya start verilib.

Yenisabah.az xəbər verir ki, vaksinasiyanın başlanması ötən ilin mart ayından etibarən keçirilməsinə qadağa qoyulan toyları, kütləvi tədbirləri yenidən gündəmə gətirib.

Evlənmək planı quranlar, şadlıq saraylarında çalışanlar, sənətçilər və toylardan qazanan digər sahənin adamları qadağaların götürüləcəyi günü gözləyirlər. Bəzi iddialara görə, vaksinasiyanın müəyyən mərhələsindən sonra- may ayından etibarən toy-düyünlərə start veriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, toylara qoyulan qadağanın götürülməsi ilə bağlı rəsmi qərar yoxdur:

“Hazırda toylarla bağlı məsələnin gündəmdə olub-olmaması ilə bağlı məndə məlumat yoxdur. Toylara qoyulan qadağanın götürülməsi ilə bağlı rəsmi məlumat olan zaman bunu açıqlayacam”.

0