Azərbaycanda boş iş yerlərinin sayı açıqlandı

ÖLKƏ
12:36 / 29.01.2021
660

2020-ci ilədə biz vakansiya bankı tətbiq etdik və vakansiya bankında 2020-ci il ərzində 190 mindən artıq vakansiya formalaşdı.

HİT.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hal-hazırda vakansiya bankında 20 mindən artıq vakansiya hələdə mövcuddur və bu, dəyişən rəqəmdir: “Eyni zamanda biz fərdi məşğulluq proqramlarının elektron tərtibatına başladıq və bu prosesin davamı olaraq biz bir çox əlavə rəqəmsal layihələrə start verdik. Bunların içərisində əmək və məşğulluq alt sistemi daxildir”.

1