Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxub

ÖLKƏ
19:15 / 03.02.2021
513

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı məlumat yayıb.

Operativ qərargahdan HİT.Az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 10 olub, hərarəti 37 dərəcədən yuxarı olan işçi olmayıb.

Son sutka ərzində koronavirusa yoluxan ibtidai sinif (I-IV) sayı 2, işçi heyətinin sayı isə 7 olub. Məktəbəqədər hazırlıq qruplarında virusa yoluxmuş uşaq olmayıb.

Son sutka ərzində əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 684 olub.

0