Məşhur iş adamı “Azərişıq”ı MƏHKƏMƏYƏ VERDİ

ÖLKƏ
16:59 / 20.04.2021
3232

“Messenat Holdinq-Şirkətlər Qrupu” MMC “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. 

HİT.Az xəbər verir ki, MMC-nin iddiası artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsinə “Azərişıq”ın öhdəliklərini yerinə yetirməməsidir.

“Messenat Holdinq-Şirkətlər Qrupu” MMC 28 iyun 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1100 AZN-dir. MMC-nin qanuni təmsilçisi İsayev İsmayıl Avdlbarı oğludur. Əslində isə şirkət “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevə məxsusdur. 

MMC-nin tərkibinə adları çəkilən 19 müəssisə - “Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, “Bəhrəmtəpə-Çınqıl” ASC, “İmişli Dəmir Beton” ASC, “Muğan Su Elektrik Stansiyası” ASC, “Qaradağ” ASC“Arbitr-H.T.İ Konsaltinq” MMC, “Titanik” MMC, “Mühafizəçi” MMC, “Marka LTD” MMC, “Viləş-A.A” MMC, “Viləş-M.A” MMC, “Kommunal” MMC, “Aristokrat-İnşaat” MMC, “Həbibli-LTD” MMC, “GART” MMC, “RNT” MMC, “STR” MMC, “Hüquq” MTK, “Konserv Məhsulları İstehsalı” firmaları daxildir.

Ötən il “Messenat Holdinq-Şirkətlər Qrupu” MMC vergi borcuna görə məhkəməyə verilib.

VÜQAR

1