ÖLKƏ
16:00 / 22.04.2021
4905

İki qadının öldüyü hostel kimə məxsusdur?

Bir neçə gün əvvəl Bakının Səbail rayonunda yerləşən “İST hostel”in hamam otağında iki qadının müəmmalı ölümü barədə mediada məlumatlar yayılsa da, hadisənin detalları barədə ictimaiyyətə geniş məlumat verilmədi.

HİT.Az xatırladır ki, mediada dərc edilən məlumatlara görə, hadisə zamanı Dadaşova Ləman Əhməd qızı və onun rəfiqəsi dəm qazından boğularaq ölüb. Məlumatlarda qeyd edilirdi ki, hər iki şəxs “Tiktok” və “Instagram” sosial şəbəkələrində məşhur şəxs olublar.

İki xanımın müəmmalı şəkildə öldüyü hostelin kimə məxsus olduğu ictimaiyyətin marağındadır. İddialara görə, “İST hostel” və “İST Petrol” yanacaqdoldurma məntəqələrinin sahibləri eyni şəxslərdir.

Bildirilir ki, "İST" şirkəti təsisçilərin baş hərflərinin adlarının – İlqar, Seymur, Teymurun baş hərflərinin adlarına uyğun olaraq "İST" adlandırılıb.

Araşdırmalarımız zamanı bəlli olub ki, əslən Ağstafadan olan Seymur və Teymur Şabayevlər qardaşdılar. İlqar haqqında isə hər hansı bilgi yoxdur. İnternet resursları Şabayevlər barədə neqativ materiallarla zəngindir.

24.saat.org saytı isə yazır ki, baş verən hadisə kifayət qədər müəmmalıdır. “Belə ki, “İST hostel”in sahiblərinin kriminal aləmə yaxın şəxslər olması bildirilir ki, bu da hadisənin “hosteldə dəm qazından boğulma olmasına" əsaslı şübhə yaradır”, - sayt yazır.


VÜQAR

 

1