ÖLKƏ
12:39 / 10.06.2021
1866

Direktor işdən çıxarıldı - Valideynlər etiraz edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 311 nömrəli məktəbin direktoru Esmira Muradovanı işdən azad edib.

Bir neçə gün bundan əvvəl BŞTİ-dən direktora işdən çıxarılması ilə bağlı ərizəsinin yazılması bildirilib. E.Muradova da ötən gün ərizəsini yazaraq işdən çıxıb. 

Xatırladaq ki, 311- nömrəli məktəbin müəllim və valideynləri keçmiş direktor Esmira Muradovanın işdən çıxarılmasına etiraz olaraq Təhsil naziri Emin Əmrullayevə sosial şəbəkələrdə şərh yazıblar. 

0