Caliber.Az bu gün Xocavənd rayonunun Cutçu kəndi yaxınlığındakı Amaras monastırının üzərində erməni bayrağı ilə bağlı guya ki, Azərbaycan hərbçilərinin iştirak etdikləri insident barədə bir sıra erməni KİV-də yayılan xəbərləri təkzib edən materiallar dərc edib.
Artıq xəbər verdiyimiz kimi, Amaras monastırının üzərində çıxarılası heç bir bayraq yoxdur.
Bunu bir daha təsdiq etmək üçün monastır kompleksinin bu gün saat 15:00-da çəkilmiş fotoşəkillərini oxuculara təqdim edirik.